qoyun cildinə girmiş canavar

bax qoyun dərisinə girmiş qurd
qoyun
qoyun dərisinə girmiş qurd
OBASTAN VİKİ
Qoyun
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Canavar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Dolli (qoyun)
Dolli (ing. Dolly) - İlk klonlaşdırılmış heyvan olan qoyunun ləqəbi. Klonlaşdırma Ian Wilmut və əməkdaşları tərəfindən Edinburq universiteti Roslin institutunda PPL Therapeutics biotexnologiya şirkəti ilə birgə həyata keçirilmişdir. 1996-cı ildə süd vəzi hüceyrəsindən düzəldilmiş quzuya ad vermə zamanı çatdıqda, tədqiqat qrupunun lideri Yan Vilmut (Ian Wilmut) süd vəzi ilə assosiasiya etməyə çalışır və daha cəlbedici ad ağlına gəlməyərək, iri sinəsinə görə tanınmış amerikalı müğənni Dolly Partonun ismini verir.
Lohi qoyun
Lohi qoyunları və ya Parkanni qoyunları, Pakistanın Cənubi Pəncab bölgəsində yetişən qısa quyruqlu bir qoyun cinsdir. Həm ət, həm də yun istehsalı üçün uyğun bir cins. Bədən rəngi ağ, qulaqları qumral və ya qəhvəyi olur. Pəncabda istehsal olunan qoyunların 40% Lohi qoyun.
Qoyun cığırları
Qoyun cığırları — təpə və dağların çimlənmiş yamaclarında pilləvarı yerləşən cığırlar, yaxud ensiz terras görkəmində mikrorelyef formaları. Adətən qoyun cığırlarının əmələ gəlməsini dırnaqlı heyvanların yamaclarda dəfələrlə hərəkət etməsi ilə əlaqələndirirlər. Onların yaranması ağırlıq qüvvəsi nəticəsində yamac çöküntülərinin sürüşməsi, yaxud soliflüksiya prosesi nəticəsində də baş verə bilər.
Qoyun kəllələri
Qoyun kəllələri və ya qoyun alınları — yamacları dairəvi çıxıntılı, yaxud ovalşəkilli alçaq təpələr. Dördüncü dövr örtük buzlaşması vilayətlərində buzlaq eroziyası nəticəsində ana süxurlarda əmələ gəlmiş, buzla cilalanmış və cızılmış qaya çıxıntılarıdır. Hərəkət edən buzlağa doğru yönəlmiş yamacı maili, hamar, cilalanmış, əks yamacı isə dik, kələ-kötürlü və üzərində qopardılmış süxur parçaları izi olur. "Qoyun kəllələri" toplusu özünəməxsus relyef tipi əmələ gətirir ki, bu da "qıvrım qayalar" adlanır.
Qoyun yunu
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Qoyun əti
Qoyun əti — qoyunun qida kimi istifadə olunan əti. Qaynadılmış, qızardılmış, qaxac olunmuş, hisə verilmiş və duza qoyulmuş şəkildə istifadə olunur. Köçərilər, Asiyanın monqol xalqları, türk xalqları, o cümlədən Azərbaycanda da qoyun ətindən müxtəlif növ yeməklər hazırlanmasında geniş istifadə olunur.
Əhliləşmiş qoyun
Əhliləşmiş qoyun və ya ev qoyunu (Ovis aries) ruminant bir məməlidir. Əhliləşmiş qoyun da, bütün ruminantlar kimi, cüt dırnaqlıdır. Yəqin ki, Asiyada və Avropada vəhşi qoyunlardan törəyiblər. İlk evcil heyvanlardan biri olan qoyunlar kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur və yunu, südü və əti üçün yetişdirilir. Qoyun yunundan yun paltar tikilməsində istifadə olunur.
Adi canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Boz canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Canavar-adam
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Canavar (bürc)
Canavar lat. Lupus — göyün cənub yarımkürəsində bürc.
Canavar adam
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Kürən canavar
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Qırmızı canavar
Qırmızı canavar, Dağ canavarı, Himalay canavarı və Buanzu (lat. Cuon alpinus) — Yırtıcılar dəstəsinə, Köpəkkimilər fəsiləsinə daxil olan məməli heyvan növü. Cuon cinsinin yeganə nümayəndədi. Nadir nəsli kəsilmək təhlükəsi altında olan növdür. Yetkin qırmızı canavarın bədən uzunluğu 55–110 sm, quyruğu 45–50 sm, kütləsi 17–21 kq təşkil edir. Görünüşü bir canavar, tülkü və çaqqalın xüsusiyyətlərini özündə birləşdirir. Adi canavardan (Canis lupus) rəngi, sıx olan xəzi və uzun quyruğu ilə fərqlənir. Quyruğu demək olar ki, yerə çatır. Qısa, uclu bir ağız xarakterikdir. Qulaqlar iri və dikdir.
Canavar balası
Canavar balası — 1997-ci il Azərbaycan istehsalı dram, triller, müharibə janrında film. Tanrı hər kəsə bir ömür verir. Elə bir ömür ki, həyatının kandarından tutmuş sonuna doğru uzanır. Filmin adı rəmzi xarakter daşıyır. Azərbaycanlı ailəsində böyüyüb boya-başa çatan erməni əsilli Nofəl (İftixar Piriyev) hərbi xidməti zamanı vətənə xəyanət edir, hərb planlarını pul xatirinə ermənilərə satır. Nofəlin erməni olduğunu onu övladlığa götürən ata-anası Nofəlin məhkəməsinə qədər gizli saxlayır. Məhkəmə prosesi zamanı Nofəlin dövlətə, vətənə xəyənət etməsi ortaya çıxanda Nofəlin atalığı Yusif kişi (Həsən Məmmədov) onun erməni olduğunu və uşaq ikən onu meşədən tapıb böyütdüyünü açıqlayır… "Doğru deyiblər ayını, pələngi, meymunu əhilləşdirib tərbiyə etmək olur, ancaq canavarı yox." Bunları Yusif kişi məhkəmədəki son nitqində deyir. Filmin çəkilişlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyi hüquq məsləhətində köməklik göstərmişdir.
Qara Qoyun (Maku)
Qara Qoyun (fars. قره قويون‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (52 ailə).
Qoyun keçidi döyüşü
Qoyun keçidi döyüşü (türk. Koyun Geçidi Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) ikinci böyük döyüşü. Bu döyüşdə qazanılmış qələbə Şirvana gedən yolu Osmanlı ordusu üçün açmışdır. Döyüş Qanıq çayının sahilindəki Qoyun keçidi məntəqəsində baş vermişdir. Osmanlı ordusunun hücumu 1578-ci ilin yayında başladı. Bu zaman 100 minlik Osmanlı ordusu Ərzurumdan çıxaraq şərqə doğru yürüşə başladı. Əvvəlcə Osmanlı orduları döyüşsüz təslim olmayan bir neçə kiçik qalanı ələ keçirdilər, daha sonra isə ilk böyük toqquşma Çıldır gölü yaxınlığında baş verdi. Bu döyüşdə rəqibindən az döyüşçüyə və artilleriya silahına sahib qızılbaş ordusu məğlub oldu. Bundan sonra Osmanlı ordusu müqavimətsiz formada Tiflis şəhərini ələ keçirdilər. 8 sentyabrda Tiflis şəhərindən çıxan Lələ Mustafa paşanın ordusu 16 sentyabrda Ərəş şəhərinə çatdı.
Qoyun qolu dolması
Qoyunun qol əti ( sümüksüz) – 750 qr. İri yerkökü – 2 ədəd İsti su – 1 stəkan Tomat – 1 xörək qaşığı Qatıq – 1 xörək qaşığı Duz – zövqə görə İstiot – zövqə görə Qoyun qolunun sümüyü ət zədələnmədən çıxarılır. Ətin hər tərəfi mümkün olduğu qədər eyni qalınlığa gətirilir, ət azacıq əzilib, duz və istiot səpilir. 10 dəq.bişirilmiş yerkökülər ətin arasına qoyulub, dürmək şəklində bükülür, yanları içəri qatlanılır, açıq yerlər bizlə tikilir və ət iplə möhkəm bağlanır. Ət bir qazana qoyulur, su əlavə edilir və qazan qapaqla bağlanır. Güclü odda bir buğum qaynadılır, sonra odun səviyyəsi azaldılıb 1,5 saata yaxın bişirilir. Soba 180 °C-yə qədər qızdırlır. Bir qabda tomatla qatıq qarışdırılır, suda bişmiş ət qazandan çıxardılır və tomat-qatıq qarışığı ətin üzərinə çəkilir. Ət sobaya qoyulur və təqribən 20 dəqiqə bişirilir. Ət sobadan götürülür, ipləri kəsilir və dilimlənərək süfrəyə verilir.
Qoyun ölümü döyüşü
Qoyunölümü keçidi döyüşü — 1500-cü ildə Qızılbaşlar və Şirvanşahlar arasında baş vermiş döyüş. Mənbələrin verdiyi məlumata görə, Şeyx İsmayıl Qara Piri bəy Qacarı 2000 nəfərlik qoşunla Kür üzərindən körpü salmaq üçün göndərsə də, Şirvanşah Fərrux Yasar həmin ərazidə 3000 nəfərlik qoşun yerləşdirdiyi üçün Qızılbaşların cəhdi baş tutmadı. Mənbələrin verdiyi məlumata görə bölgəyə özünü yetirən İsmayıl "Həzrət-i Pərvərdigarın pak zatına təvəkkül edərək, özünü nüsrət dəstgahlı ordu ilə birlikdə həmin sonsuz dəryaya vurub çayı keçdi, həmçinin zəfər pənahlı ordudan heç kimi çay aparmadı." Çayı keçən qızılbaşlar Şirvanşah ordusunu darmadağın etdilər.
Xorvat qoyun iti
Xorvat qoyun iti (xorv. Hrvatski ovčar) — Xorvatiya ərazisində geniş yayılmış ancaq digər ərazilərdə olduqca az müşahidə edilən cins. Orta ölçülərə malik olan, əsasən qara rəngdə olan cins. Bu cinsin özünə məxsus xüsusiyyəti baş və ayaq nahiyyələrində qısa tükə malik olmalarıdır. Xarici görünüş baxımından Macarıstanda yetişdirilən Mudi cinsinə bənzəyir. Cins XIV əsrdən yetişdirilir. Xorvat qoyun iti orta ölçülərin ən minimumuna malikdir. Rəngi əsasən qara rəngdə olsa da sinə və pəncə nahiyyəsində ağ ləkələr vardır. Baş və ayaq nahiyyələrində tüklərin qısa olması onu tülküyə bənzədir. Bədənin digər nahiyyələrində isə uzun və dalğalıdır.
Arxalı canavar (roman)
"Arxalı canavar" — Elxan Elatlı tərəfindən yazılmış roman. Roman 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır. Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır. Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları - Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər. Xəbərdarlığın sonu Ələmdar Məlikov və ya Leopard — Məxfi Şöbənin "X" bölməsinin rəisi, mayor, gizli agent. "Döyüş" idman klubunun sahibi.
Qoyun Şaun (animasiya filmi)
Qoyun Şaun — kukla multiplikasiya animasiyalı uşaq televiziya seriyasıdır. Sürünün başçısı Şaun adlı qoyundur və macəralar kiçik fermanın ətrafında baş verir. Bu animasiya filmi birinci dəfə 2007-ci ilin martında Böyük Britaniyanın CBBC kanalında yayımlanıb. Dünyada 180 ölkədə nümayiş olunub. O,hal-hazırda 107 dəqiqəlik epizoddan ibarətdir. Şaun - animasiyanın baş qəhrəmanı və sürünün başçısı. Ağıllı, özünəgüvənən və dəcəlliyə meyillidir. Özünü və sürünü pis vəziyyətlərdən çıxarmaqdan çox bacarıqlıdır. Animasiyada dialoq olmadığından digər qoyunlarla mələmə dolu ilə ünsiyyət qurur və ümumən bir taxtaya diaqramlar, şəkillər çəkməklə sürüyə fikirlərini çatdırır. Bitzer ilə yaxşı dostluğu var, amma bu hərdən ona zarafatlar eləməsinə mane olmur.
Canavar balası (film, 1997)